Novruz festivalı bizim üçün unudulmaz bir təcrübə oldu 🌸
Bu müddət ərzində yüzlərlə hot-doq satdıq, minlərlə insanla tanış olduq və ən önəmlisi — milyonlarla xoş emosiyanı birlikdə yaşadıq.
Sizin dəstəyiniz sayəsində ümumilikdə 4102 AZN toplandı və verdiyimiz sözə sadiq qalaraq bu məbləğin 205 AZN-ni küçə itlərinin qidalanması və dəstəyi üçün ayırdıq 🐶
Bu, bizim üçün sadəcə başlanğıcdır.
Hər birinizə təşəkkür edirik — həm gəlib dadanlara, həm paylaşanlara, həm də bu ideyaya inananlara. Siz sadəcə hot-doq almadınız, bir yaxşılığın parçası oldunuz.
İndi isə növbəti addımlara hazırlaşırıq:
daha çox tədbir, daha çox dəstək və daha çox xilas olunan həyatlar.
EVA ilə bu yol yeni başlayır 🐾🔥