Təsisçidən ön söz

Bir neçə il əvvəl Ülvi Əhmədov ilə Bakıda potensial biznes ideyaları barədə danışırdıq. O dedi ki, şəhərdə diqqətəlayiq, düzgün qurulmuş hot-doq brendi yoxdur və bu yaxşı biznes ola bilər. O zaman bu mövzuda danışdıq, sonra unutdum, amma haradasa beynimin bir küncündə qaldı.

Sonra itim Eva ilə bağlı gözəl bir hekayə yaşadım. Düşünməyə başladım ki, itlərin xilasına və dəstəyinə nəyi bağlaya bilərəm və bir anda ideya gəldi — “hot dogs for hot dogs!” 😄

Məqsədim belə bir brend yaratmaq idi ki, icma görüşləri, barbekü partiləri və sürətli street food satışları vasitəsilə formalaşan fond hesabına it icmalarını və təşkilatlarını dəstəkləsin.

Beləliklə, Eva yarandı — fast food brendi və eyni zamanda itlərin dəstəyi üçün fondla əlaqəli bir layihə. Satışlarımızın 5%-i itlərin xilasına və qayğısına yönəldiləcək 🐕

Bir çox insanın ilhamı ilə qurulan bu brendin həm insanlara sevinc gətirəcəyinə, həm də dəstəyə ehtiyacı olan itlərə və onları qoruyanlara real kömək edəcəyinə inanıram.

Bu gün isə Novruz festivalı çərçivəsində, Torqovaya-da brendimizin startını veririk və sizi ilk hot-doqları dadmağa və fonda dəstək olmağa dəvət edirik! 🐶🔥

Samir Qədirov

İdeaya müəllifi və təsisçi